Xəbər verdiyimiz kimi bu gün əməkdar artist Zöhrə Abdullayevanın oğlu dünyasını dəyişib
Axşam.az-ın məlumatına görə, sənətçi bu barədə sosial şəbəkədə paylaşım edərək bunları yazıb:
"Yeganə oğlumu bu gün son mənzilə yola salıram. Mənimçün həyat bitdi. Həyatıma nöqtə qoyan balam, məkanın cənnət olsun".
Qeyd edək ki, Z.Abdullayevanın 46 yaşlı övladı beyin xərçəngindən əziyyət çəkirdi.
MilliYol.Az


































