Məktəbin bufetində suxarı yeyən şagird zəhərləndi


Ağsu rayonunda məktəbdə qidadan zəhərlənmə faktı baş verib

APA-nın yerli bürosunun xəbərinə görə, Ağsu şəhər 2 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Nəsibov Əzizağa Vüqar oğlu məktəbin bufetində satılan qablaşdırılmış quru çörəyi alıb yedikdən sonra zəhərlənib. 

O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.