Mehriban Əliyeva və Əminə Ərdoğan İçərişəhərdə olub (FOTOLAR)  

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan İçərişəhərdə olub.

MilliYol.Az xəbər verir ki, o bu barədə tviterdə paylaşım edib.

O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə birlikdə İçərişəhərə getdiyini bildirib.

Ə.Ərdoğan qeyd edib ki, bu ərazi UNESCO tərəfindən qorunan, müxtəlif mədəniyyətlərin izlərinə sahib nadir bölgələrdəndir:

“Burada əl əsərlərinin hər birinə heyran olmamaq mümkün deyil. Həm ölkənin, həm də Türk mədəniyyətinin brendləşməsi naminə bu layihəni həyata keçirən hər kəsi ürəkdən təbrik edirəm”.

 

Mehriban Əliyeva və Əminə Ərdoğan İçərişəhərdə olub (FOTOLAR) - Milliyol.az