Əfqan Sadıqov həbs edildi

Məhkumun həyətində torpağa basdırılmış tapança və narkotik aşkarlanıb


Məhkum edilən şəxsin vaxtilə yaşadığı evin həyətində torpağa basdırılmış tapança və narkotik aşkar edilib

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, PX-in əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

PX-nin, Şəki Penitensiar müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 228.1, 237.2.3 və 66.3-cü maddələri ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Dibirov Şadnus Nasruddin oğlunun əvvəllər yaşadığı Balakən rayon ərazisindəki evinin həyətində torpağa basdırılmış 1 ədəd Makarov tipli tapança və 240 qram narkotik vasitə - marixuana aşkar edilərək götürülüb.

Fakt üzrə Balakən rayon Polis şöbəsində araşdırma aparılır.

MilliYol.Az
Məhkumun həyətində torpağa basdırılmış tapança və narkotik aşkarlanıb - Milliyol.az