Əfqan Sadıqov həbs edildi

Məhəmməd bin Salman İlham Əliyevə başsağlığı məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

MilliYol.az xəbər verir ki, başsağlığında deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Azərbaycana məxsus sərnişin təyyarəsinin Qazaxıstan ərazisində qəzaya uğraması nəticəsində insanların həlak olmaları və xəsarət almaları ilə bağlı xəbəri dərin təəssüf hissi ilə aldım.

Zati-alinizə və həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir, Allah-Taaladan dünyasını dəyişənlərə rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm".

 

Bu dövrdə xəbər yoxdur.

Məhəmməd bin Salman İlham Əliyevə başsağlığı məktubu göndərdi - Milliyol.az