Əfqan Sadıqov həbs edildi

MDB xüsusi xidmət orqanlarının rəhbərləri razılığa gəldi –Terrorizmə qarşı mübarizəni gücləndirməklə bağlı  

Oktyabrın 25-də Qazaxıstanın Almatı şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 45-ci iclası keçirilib

MilliYol.Az “Report”-a istinadən xəbər ki, görüş zamanı MDB ölkələrinin təhlükəsizlik xidmətlərinin rəhbərləri müasir təhlükələrə qarşı mübarizədə informasiya və praktiki qarşılıqlı əlaqələrin effektivliyinin artırılmasının aktual məsələlərini müzakirə ediblər.

Beynəlxalq terrorizm, transmilli mütəşəkkil cinayətkarlıq və kibertəhlükəsizliyə qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinin zəruriliyi qeyd olunub.

Xüsusi xidmət orqanlarının nümayəndələri böyük beynəlxalq tədbirlərdə təhlükəsizliyin təmin olunmasına yönəlmiş tədbirlərin planlaşdırılması və təşkilində təcrübələrini bölüşüblər.

İclasın yekununda müvafiq qərarlar qəbul olunub və onların icrası üçün konkret tədbirlər planı hazırlanıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

MDB xüsusi xidmət orqanlarının rəhbərləri razılığa gəldi –Terrorizmə qarşı mübarizəni gücləndirməklə bağlı - Milliyol.az