Əfqan Sadıqov həbs edildi

Masazırda KamAZ minik avtomobilinin üstünə aşıb


Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 2-də saat 05 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Saray qəsəbə sakini Mirislam Yaqubov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolun kənarında dayanmış Masazır qəsəbə sakini Samiq Mehrəliyevə məxsus “Mercedes” markalı avtomobilin sərnişini, Astara rayon sakini Səid Salmanovu vurub.

Nəticədə, “KamAZ” markalı avtomobil aşıb və yük yerində olan mişar daşlarının bir hissəsi “Mercedes” markalı avtomobilin üzərinə dağılıb. Xəstəxanaya yerləşdirilən S.Salmanov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Masazırda KamAZ minik avtomobilinin üstünə aşıb - Milliyol.az