Əfqan Sadıqov həbs edildi

Masazırda duz alverçisi yeznəsini güllələdi

Abşeronda silahlı insident olub

Hadisə rayonun Masazır qəsəbəsindəki duz gölündə qeydə alınıb.

Qəsəbə sakini, 1982-ci il təvəllüdlü Şahin Salahov aralarında yaranmış mübahisə zəminində ov tüfəngi ilə yeznəsi, Naxçıvan sakini, 1984-cü il təvəllüdlü Musa Novruzovu güllələyib. Ayağından güllə xəsarəti alan M.Novruzov xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hər iki şəxs duz biznesi ilə məşğul olub

Faktla bağlı Abşeron Polis İdarəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. (Report)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Masazırda duz alverçisi yeznəsini güllələdi - Milliyol.az