Masallıda yol qəzası: 4 yaralı


Masallıda minik maşını ilə yük maşını toqquşub, 4 nəfər xəsarət alıb

APA-nın cənub bürosunun məlumatına görə, hadisə Təzəkənd kəndi ərazisində qeydə alınıb.

"Shacman" markalı yük maşını ilə "Mercedes" markalı minik maşınının toqquşması zamanı sonuncunun sürücüsü, 1991-ci il təvəllüdlü Samir Şərafət oğlu Fərəcov, onun sərnişinləri - 1991-ci il təvəllüdlü Kənan Sakit oğlu Ağayev, 1995-ci il təvəllüdlü Cavid Azər oğlu Nəzərov və 1997-ci il təvəllüdlü İqrar Adıgözəl oğlu Fərəcli müxtəlif dərəcəli bədən xəsarəti ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Məlumata görə, hadisə "Mercedes" markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Nəticədə minik maşını yoldan çıxaraq aşıb.

Faktla bağlı araşdırma aparılır.
Masallıda yol qəzası: 4 yaralı - Milliyol.az