Masallıda ölümlə nəticələnən yol qəzası baş verib
Lent.az xəbər verir ki, Masallı-Boradigah yolunda "Nissan Tiida" markalı minik avtomobili yolu keçməyə çalışan 20 yaşlı oğlanı vurub.
Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.































