Masallıda evdən 50000 manat və 20000 dollar oğurlayan şəxs tutulub


Masallı rayonunda evdən 50000 manat və 20000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən şəxs tutulub

MilliYol.Az "Report"-a istinadən xəbər verir ki, 70 saylı Masallı şəhər DSK-nın keçmiş üzvü Əbülfəz Talıb oğlu Şahmarovun evindən oğurluq olub.

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı oğurluqda şübhəli bilinən rayonun Ərkivan qəsəbə sakini əvvəllər məhkum olunmuş Nəzir Məmmədov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

MilliYol.Az