"Mançester Yunayted"dən ayrılacağı iddia edilən Maruan Fellaini klubdakı gələcəyi ilə bağlı açıqlama verib
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, bununla bağlı yekun qərarı vermədiyini deyib. Belçikalı yarımmüdafiəçi Mançester Yunayted"in onu yeni müqavilə təklif etdiyini də bildirib:
"Ancaq bunu qəbul edib-etməyəcəyimi bilmirəm. Bəzi şeylər var ki qısa zamanda qərar vermək olmur. Başqa klublarla danışıqlarım aparsam belə, Mourinyo ilə münasibətlərim pozulmayacaq. Çünki o, oyunçuların qərarına hörmət edən məşqçidir".
MilliYol.Az
































