Əfqan Sadıqov həbs edildi

Manat üçün qorxulu həftə


Bu həftə ABŞ Federal Ehtiyatlar Sistemi (FED) toplantı keçirəcək.

MilliYol.Az istipress-ə istinadən xəbər verir ki, toplantıda uçot dərəcəsi müzakirə ediləcək.  

Bir müddət öncə FED-in rəhbəri Canet Yellen uçot dərəcəsinin artırılacağını istisna etməmişdi. “Çox güman ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəsi artırılacaq. Növbəti iclasda biz işsizlik səviyyəsi və inflyasiyanın səviyyəsinə qiymət verəcəyik. Bazarlarda inkişaf gözlədiyimiz kimi olsa, uçot dərəcəsinin artırılması labüdləşəcək”.

Fevralın 23-də FED  uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan etmişdi. Qeyd edək ki, ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.

Qeyd edək ki, martın 13-nə olan USD/AZN rəsmi məzənnəsi 1,7437 səviyyəsində müəyyən olunub. Avrozonanın vahid valyutası avronun rəsmi məzənnəsi isə həftəyə 1,8658 manatla başlayıb.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Manat üçün qorxulu həftə - Milliyol.az