Əfqan Sadıqov həbs edildi

Maliyyə nazirinin birinci müavini dəfn edildi (YENİLƏNİB//FOTO)

Bu gecə vəfat etmiş maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadə Bakıdakı Qurd Qapısı qəbirstanlığında dəfn edilib.

"Report" xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, o cümlədən maliyyə naziri Samir Şərifov, xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat nazirinin müavinləri Elnur Əliyev, Niyazi Səfərov və Sahib Ələkbərov iştirak ediblər.

İ.Fətizadə 1956-cı ildə anadan olub, 1978-ci ildə o vaxtkı Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutununu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) malliyyə-statistika ixtisası üzrə bitirib.

O, əmək fəaliyyətinə 1980-ci ildə Maliyyə Nazirliyində başlayıb, 12 il ərzində qurumda baş iqtisadçı, şöbə rəisi, Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi, maliyyə nazirinin müavini vəzifələrində çalışıb, 1992-1999-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədrinin I müavini olub, 1999-cu ildən isə maliyyə nazirinin I müavini vəzifəsinə təyin edilib.

O, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib. Ailəli idi. Bir övladı var.

Allah rəhmət eləsin!

10.09

Maliyyə naziri Samir Şərifovun I müavini İlqar Fəti-zadə vəfat edib.

Bu barədə MilliYol.az-a nazirlikdən bildirilib.

Məlumata görə, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, İ.Fətizadə 1956-cı ildə anadan olub, 1978-ci ildə o vaxtkı Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutununu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) malliyyə-statistika ixtisası üzrə bitirib.

O, əmək fəaliyyətinə 1980-ci ildə Maliyyə Nazirliyində başlayıb, 12 il ərzində qurumda baş iqtisadçı, şöbə rəisi, Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi, maliyyə nazirinin müavini vəzifələrində çalışıb, 1992-1999-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sədrinin I müavini olub, 1999-cu ildən isə maliyyə nazirinin I müavini vəzifəsinə təyin edilib.

Ailəli idi. Bir övladı var.

Allah rəhmət eləsin!

 

Bu dövrdə xəbər yoxdur.

Maliyyə nazirinin birinci müavini dəfn edildi (YENİLƏNİB//FOTO) - Milliyol.az