Macar futbolçu meydanın komandasına aid hissəsindən qol vurub - Video

Macarıstanın "Puşkaş akademiyası" futbol klubunun oyunçusu Yanuş Heqedüş meydanın komandasına aid olan hissəsində qeydə alınan cərimə nöqtəsində qol vurub

Möhtəşəm qol ölkə çempionatı çərçivəsində "Ferentsvaroş"a qarşı keçirilən matçın 20-ci dəqiqəsində vurulub.

Bu, "Akademiya" klubunun oyunda qələbə qolu olub.

Bundan əvvəl Lionel Messinin qolu qırıldığı üçün "Real" və "İnter"lə oyunları buraxacağı məlum olub.(Report)

MilliYol.Az