Alimlərdən qorxunc xəbərdarlıq: Bu, insanlağın sonu olacaq - VİDEO

Texnologiya liderləri bir tərəfdən süni zəka ilə bağlı yeniliklər üzərində işləyərkən digər tərəfdən də bununla bağlı ciddi xəbərdarlıqlar edir. Stefan Havkingdən Elon Muska qədər bir çox texnologiya dahisinin bu istiqamətdəki xəbərdarlıqlarına mütləq diqqət yetirməliyik. Bu gün dünyada ən çox diqqət süni zəka və robotlar üzərində köklənib. Ən iri texnologiya şirkətləri bu istiqamətə böyük sərmayə qoyur. Hətta bir çox universitetlərdə də bu yöndə araşdırmalar aparılır.
Ətraflı

8 Mart hansı ölkədə necə qeyd edilir? - MARAQLI

8 mart qadınlar bayramının tarixi Amerika Birləşmiş Ştatları ilə bağlıdır. Belə ki, 1857-ci ilin martın 8-də Nyu-Yorkda tikiş fabrikində çalışan qadınlar boş qazan götürərək küçələrə çıxıb etiraz aksiyası keçiriblər. Onların əsas tələbi 16 saatlıq iş gününün azaldılması, əmək haqqının artırılması, iş şəraitinin yaxşılaşdırılması olub. Digər mənbələrdə bu hadisə öz təsdiqini tapmasa da, dünya ölkələri 8 mart gününü qadınlar bayramı kimi qeyd edir.
Ətraflı