Pensilvanyada olan FETÖ rəhbəri Fətullah Gülən yenidən hərəkətə keçib
Kəşfiyyat heyəti Türkiyə həbsxanalarında məhbus FETÖ-çülərə gizli yolla dinlədilən radiolardan mesajlar göndərildiyini deyib.
MilliYol.Az Milli.Az -a istinadən xəbər verir ki, radiolardakı reklam, ya da verilişlərdə şifrəli verilən mesajlar kəşfiyyatçılar tərəfindən təsbit edilib. Edilən araşdırmada şifrəli mesajlarla bağlı dəhşətli ssenarilər üzə çıxıb.
Radiolarla göndərilən şifrəli mesajlarda bunlar deyilirdi: "Saberidin, peyğəmbər əfəndimizin müjdəsi var. Qurtuluşumuz yaxın. Siyasi başçıların qadınları, uşaqları tələf olacaq. Fətullah hocaefendi sizi mükafatlandıracaq. Türkiyənin yüzdə 99-u qana bulanacaq. Bu seçki olmayacaq. Əsl gücümüzü daha görmədilər. Üzərlərinə bombalar "yağacaq". Dövlət başçısına deyil, xidmət ordusuna güvənin".
Kəşfiyyatçılar olayla əlaqədar həbsxana səlahiyyətlilərini məlumatlandırıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...