Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin bank lisenziyaları ləğv edilib.
Ətraflı
Azərbaycanda Rusiya istehsalı olan 2-ci əl avtomobillər kəskin ucuzlaşmağa başlayıb. Ucuzlaşma avtomobil satışları ilə bağlı elanlarda daha çox müşahidə edilir. Avtomobil ekspertlərinin sözlərinə görə, may ayının sonundan etibarən Rusiya istehsalı olan avtomobillər 2 dəfəyə yaxın ucuzlaşıb.
Ətraflı
Avtomobil satışı bumunun bitdiyi dövrdə ən çox gündəmə gələn avtomobil kirayəsidir. Xüsusilə yay aylarında istirahətə getmək üçün nəqliyyat problemini həll etmək baxımından bu, ən əlverişli çözümdür. Sadəcə əliniz cibinizdə olsun vəssalam. Dünyanın ən varlı şəxsi Karlos Slimin mindiyi avtomobildən belə kirayələyə bilərsiniz. Necə? Oxuyun bilin...
Ətraflı
Azərbaycanda Tarif Şurasının verdiyi qərara əsasən, elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik olub.
Ətraflı
Ötən gün Tarif Şurası elektrik enerjisinin qiymətini artırdı. Bundan əvvəl isə suyun qiyməti artmışdı. Amma bu son olmayacaq və hökumət digər sahələrdə də qiymət artımına gedəcək.
Ətraflı
İyulun 14-də Azərbaycan Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin qiyməti artırılıb. Bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,3 qəpik, pərakəndə satış tarifi isə 7 qəpik müəyyən edilib.
Ətraflı
"Qiymət artımın əsas səbəbi bir neçə gün bundan öncə "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin Asiya İnkişaf Bankı ilə 700 milyon dollarlıq kredit müqaviləsi imzalamasıdır. Hökumət kreditin qaytarılmasının bir hissəsini qiymət artımı vasitəsilə xalqın çiyninə qoydu".
Ətraflı
Uzun müddətdir dünyanı ağuşuna almış iqtisadi böhran Azərbaycana da öz mənfi təsirlərini göstərməkdədir. Ölkədə bütün sahələrdə geriləmə müşahidə olunur, maliyyə çətinlikləri yaşanır, dövlət büdcəsinin icrasında ciddi problemlər oxtaya çıxır. Bəs görəsən Azərbaycan iqtisadi böhrandan nə vaxt çıxacaq? "Qaynarinfo.Az" bu sualla tanınmış iqtisadçı-ekspertlərə müraciət edib.
Ətraflı
Ekspertlər bildirirlər ki, məqsəd əmanətlərin qaytarılmamasıdır, çünki aidiyyatı fond müflisdir, kredit isə müəmmalı şəkildə digər bank vasitəsi ilə verilir
Ətraflı
Federal Ehtiyatlar Sisteminin (FED) rəsmiləri uçot dərəcəsi ilə bağlı fikirlərini bölüşüb. FED rəsmiləri əmlak bazarındakı son statistikanı olduqca müsbət qarşılayıb və uçot dərəcəsinin mərhələli şəkildə artırılmasının vacibliyini vurğulayıb. Bəs FED uçot dərəcəsini qaldırsa, manatın məzənnəsi hansı səviyyədə olacaq?
Ətraflı
Azərbaycan Beynəlxalq Bankı ASC (ABB) ölkədəki tikinti şirkətləri ilə əməkdaşlıq çərçivəsində verdiyi ipoteka kreditlərinin illik faiz dərəcələrini 2% artırıb.
Ətraflı
Banka kredit borcu ilə bağlı zəngi artıq şəxslər yox, xüsusi avadanlıqlar həyata keçirəcək. Kollektor şirkətlərinin işçiləri isə bu üsuldan istifadə etməklə yalnız telefonu açıq olan müştərilərlə danışacaqlar. Mütəxəssislər bildirir ki, bu zaman vətəndaşlar bəzi məqamlara diqqət etməlidirlər ki, onların hüquqları tapdanmasın.
Ətraflı
Devalvasiyalardan sonra banklar problemli kreditlərini qaytarmaq üçün müxtəlif variatnlara əl atır. Bu, hətta təhdid, şantaj həddinə çatır. Yəni pulları qaytarmaq naminə qanun pozuntusundan belə çəkinmirlər. Ətraflı