• Xəbər lentİ
Fləş

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

11:02 / 09.06.2026

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

10:42 / 09.06.2026

Bu gün Həcc ziyarəti başa çatır

10:29 / 09.06.2026

Əfqan Sadıqov həbs edildi

09:24 / 09.06.2026

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

14:37 / 07.06.2026

Paşinyan Azərbaycanla sülh prosesindən danışdı

13:29 / 07.06.2026

Gəmiyə hücumda həlak olan kapitanın atası: "Dedim ki, bağışla..." (VİDEO)

12:08 / 07.06.2026

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu (FOTO)

11:33 / 07.06.2026

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

12:08 / 06.06.2026

Azərbaycanda ən çox və ən az olan heyvanlar

11:41 / 06.06.2026

Avtomobil nəqliyyatı ilə sərnişin daşımaları 51 milyon nəfər artıb

11:41 / 06.06.2026

İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik etdi

11:12 / 06.06.2026

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

15:45 / 05.06.2026

Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)

15:26 / 05.06.2026

Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayıldı

15:22 / 05.06.2026

MEDİA: CNN-in Azərbaycanla bağlı dezinformasiyası siyasi təxribatdır

14:54 / 05.06.2026

Rəsmi Bakı: CNN-in iddialarını qətiyyətlə rədd edirik

14:28 / 05.06.2026

Ruslan Eyyubov həbsdən azad edildi

14:08 / 05.06.2026

XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb, 3-ü yaralanıb

13:54 / 05.06.2026

Emin Əmrullayev müavin təyin etdi - Direktor vəzifəsini icra edəcək

12:36 / 05.06.2026

Bakıda kiçik mənzil sahiblərinə əlavə kompensasiya verilə bilər

12:01 / 05.06.2026

“Psixologiya tarixi" kitabının təqdimatı oldu

12:00 / 05.06.2026

Azov dənizində azərbaycanlıların olduğu gəmilər vuruldu - Ölənlər var

10:43 / 05.06.2026

Azərbaycanda 20 ildən çox evli olan 2 700 nəfər boşanıb

10:23 / 05.06.2026

Prezident Azərbaycan millisini təbrik etdi

10:08 / 05.06.2026

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində oldu (FOTO)

16:18 / 04.06.2026

Mehriban Abasquliyeva məhkəmə zalında həbs olundu

15:39 / 04.06.2026

"Sabah" kapitanını göndərdi

14:41 / 04.06.2026

Ruslan Eyyubova da yekun ittiham verildi - İstintaq bitdi

13:34 / 04.06.2026

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi

12:44 / 04.06.2026
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Çərşənbə axşamı, 09 İyun 2026
Hava
° Baku
° Quba
° Qusar
° Gəncə
° Lənkəran
° Naxçıvan
° Salyan
° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Bakıda kirayəsi 21000 manat olan avtomobilləri kimlər sürür? - FOTOLAR

14:54 18.07.2016 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Avtomobil satışı bumunun bitdiyi dövrdə ən çox gündəmə gələn avtomobil kirayəsidir. Xüsusilə yay aylarında istirahətə getmək üçün nəqliyyat problemini həll etmək baxımından bu, ən əlverişli çözümdür. Sadəcə əliniz cibinizdə olsun vəssalam. Dünyanın ən varlı şəxsi Karlos Slimin mindiyi avtomobildən belə kirayələyə bilərsiniz. Necə? Oxuyun bilin...
 
Qaynarinfo.Az publika.az-a istinadən yerli avtomobil kirayəsi bazarından reportajı təqdim edir:
 
Ehtiyac, yoxsa bahalı avtomobil sevdası?
 
Əvvəla qeyd edək ki, avtomobil kirayəsi sırf turistlərə hesablanmış bazardır. İllərlə bu sektorun inkişafı Azərbaycanda axsadığı üçün kirayə avtomobil bazarı da dar çərçivədə qalmışdı. Lakin Avropa Oyunlarının ölkədə keçirilməsi, eləcə də turizm sektoruna yatırılan sərmayələr kirayə bazarı da canlandırıb. Başqa tərəfdən yerli əhali də kirayə avtomobilə maraq göstərməyə başlayıb. Bəziləri lüks həyatı – bahalı avtomobilləri sevdiyindən, bəziləri isə ehtiyacdan.  
 
Biz də salonları dolaşıb avtomobil kirayəsi ilə maraqlandıq. "Avis”   şirkətindən əvvəlcə bizi şərtlərlə tanış etdilər. Bildirdilər ki, avtomobilin kirayəsi üçün sürücülük, şəxsiyyət vəsiqəsi tələb edilir. Bununla yanaşı kredit kartı girov qoyulur. Kredit kartının məqsədini soruşduqda şirkətdən dedilər ki, bu, avtomobilin sığortası məqsədi daşıyır. Kartda 350 manat pul olmalıdır. Avtomobil "sağ-salamat” qaytarılanda kart pulla birgə müştəriyə verilir. O ki qaldı qiymətlərə, şirkət əsasən "Hundai”, "Mazda2”, "Kia”, "Honda” markalı avtomobilləri icarəyə verir. Belə avtomobillərin bir sutkalıq icarə haqqı 60-250 manat arasında dəyişir. Maşınların "klass”ından asılı olaraq aylıq icarə qiymətləri 70-3000 manat civarındadır.
 
Bu arada, avtomobilin icarəsi zamanı müştəriyə vəkalətnamə, ya da yol vərəqəsi verilir. Hər iki sənəd avtonəqliyyat vasitəsinin başqa bir şəxsə etibar edildiyini təsdiqləyir. Qanunla icarəyə verilən avtomobillər saxlanıldıqda və sözügedən sənədlər olmadıqda cərimə meydançasına aparılır. Avtomobil qısa müddət üçün məsələn, bir neçə saatlıq və bir-iki günlük icarəyə veriləndə yol vərəqəsi ilə təmin edilir. Digər hallarda əsasən vəkalətnamədən istifadə olunur.
 
"Mercedes”in uçurdan qiyməti
 
Məşhur "rent a car” şirkətlərindən sayılan "Azrent”in də qapısını döydük. Öyrəndik ki, 2008-ci ilin modeli olan "Mercedes "Gelendevagen”nin gündəlik icarəsi 300 manat, həftəlik icarəsi gündəlik 250 manat təşkil edir. Avtomobilin aylıq icarəsi isə 4000 manatdır. Yəni gündəlik 133 manat. Sedan avtomobillərdə isə qiymətlər bir qədər ucuzdur. 2012-ci ilin istehsalı olan "Toyota Camry” nin gündəlik icarəsi 80 manat, həftəlik icarəsi günə 70 manatdır. Maşını aylıq kirayələmək istəyəndə 1300 manat ödənilir. Bu da günə 43,3 manat deməkdir. Maraqlıdır ki, şirkətin şərtləri daha ağırdır. Məsələn, "Gelendevagen”nin  kirayəsi zamanı 1000 manat depozit tələb edilir.
 
"Ferrari”, "Buggati”, "Rolls-Royce Phantom”...
 
Daha bahalı avtomobillərin kirayəsi ilə məşğul olan "Kral Rent a Car”ın qiymətlərini də sorğu-sual etdik. Müştəri xidmətlərindən bildirdilər ki, 2012-ci il modeli 4800 mühərrik "Porsche Cayenne HAMANN”ın kirayəsi gündəlik 300 manatdır. 2011-ci il istehsalı "Porsche Panamera”nı isə gündəlik 250 manata sürmək olar.
Onu da nəzərə çatdıraq ki, yuxarıda adı çəkilən salonların heç birində lüksün göstəricisi sayılan "Ferrari”, "Buggati” kimi milyonluq avtomobillərin kirayəsi aparılmır. Əvəzində "Rolls-Royce Phantom” avtomobilini 7 gün sürmək olar. Bu da nə az, nə çox "cəmi” 21 000 manata başa gəlir. "Bentley Continental”ın (mühərrik 6,0 kub. Sm) günlük sifarişi isə 700 manatdır.
 
Şirkətdən aldığımız məlumatda qiyməti dodaq uçurdan avtomobillərin, xüsusilə "arendası” 21 000 manata olan maşının da icarəyə götürüldüyü qeyd edilsə də, israrımıza baxmayaraq müştərilərin kimliyi haqqında informasiya əldə edə bilmədik.
 
Sorğularımız əsasında bəlli oldu ki, kirayə maşın üçün əvvəllər ölkəyə neft çıxarmağa gələn əcnəbilər müraciət edirdisə, artıq bu mədəniyyət yerli əhali arasında da formalaşıb. Bununla belə, biz hələ də bu sahədə  qonşu ölkələrdən Türkiyədən, Gürcüstandan geridəyik.
 
Avropanı üstələyən Azərbaycandakı qiymətlər
 
Təhlillər göstərir ki, Azərbaycanla müqayisədə Türkiyədə mühərrikinin həcmi böyük olan avtomobillərin kirayəsi daha bahadır. Türkiyədə "Bentley Continental” icarəyə götürmək istəsəniz ən azı 1200 avro ödəməlisiniz. Mühərrikinin gücündən asılı olaraq eyni modelin icarə haqqı 2000 avroya qədər gedib çıxır. "BMW” markalı avtomobillərin də günlük kirayəsi ucuz deyil. Məşhur alman markasının icarə qiyməti 250 avrodan başlayır. "Renault”, "Hundai”, "Ford”, "Fiat” avtomobillərinin kirayəsi isə nisbətən ucuzdur. Qiymətlər 15-40 avro arasında dəyişir.
 
Qeyd edək ki, qiymətlərin bahalığı Türkiyədə vergilərin, eləcə də yanacağın tariflərinin yüksək olması ilə izah olunur. Lakin nəzərə alsaq ki, Azərbaycanda vergi dərəcələri yüksək, eləcə də yanacaq qonşu ölkəyə nisbətən ucuzdur, o zaman avtomobillərin icarə haqlarının yuxarı olması başa düşülən deyil. Gürcüstanla müqayisələr də eyni nəticələrə gətirib çıxarır. Düzdür, Gürcüstanın kirayə avtomobil bazarında əsasən kiçik ölçülü, nisbətən ucuz maşınlar üstünlük təşkil edir. Amma ölkədə yanacaq, vergi dərəcələri yüksək olsa da maşın kirayəsi cibə uyğundur. Gürcüstanda  BMW-nin günlük kirayəsi 48 avro, "Mercedes” 33 avro, "Chevrolet Spark” 16 avro, "Honda Accord” 50 avro, "Peugeot 107” 14 avrodur.
 
Ümumiyyətlə praktik əhəmiyyət daşıyan avtomobil icarəsi xidməti dünyanın əksər ölkələrində son dərəcə əlverişlidir. Qərbi Avropada (Böyük Britaniya, Belçika, İtaliya, İspaniya) "ekonom-klass” səviyyəli avtomobilin 5-6 günlük icarəsi ən azı 400 avroya başa gəlir. Bu qiymətə, avtomobilin qaçırılması və ya ciddi zədələnməsi hallarında ödənişlərin həyata keçirilməsini nəzərdə tutmayan ilkin sığorta (üçüncü şəxslər qarşısında avtomobil mülkiyyəti məsuliyyətinin məcburi sığortası – OSAQO – 1 500-2 000 avroyadək) daxildir. Digər ölkələrə gəlincə, Xorvatiyada avtomobil kirayəsi 46.63 avroya, ABŞ-da 45.26 avroya, Yunanıstanda 45.20 avroya, Fransada 42.90 avroya, Portuqaliya 33.40 avroya başa gəlir...
 
Ağırlaşan şərtlər
 
Avtomobil kirayəsinin şərtləri sürücülük vəsiqəsi, depozit qoyuluşu ilə bitmir. Məsələn, salonlar yolda maşının xarab olmayacağına dair təminat vermirlər. Belə hal baş verdiyində isə hətta müştəri borclu çıxarılır. Depozit-franşiza qismində alınan məbləğ geri qaytarılmır. Bundan əlavə icarə müddətində maşının yük yerinin qapağı, yaxud bamperi əzildikdə  icarədar şirkət pulu geri qaytarmır. Bu da onunla əlaqələndirilir ki, həmin avtomobilə xidmət göstərən sığorta şirkətinin özü də sığorta hadisəsi zamanı avtomobilin təmirinə çəkilən xərclərin geri qaytarılması üzrə franşiza təyin edir. Beləliklə, əgər müştəri kiçik yol-nəqliyyat hadisəsinə məruz qalırsa və avtomobilin təmirinin ümumi dəyəri franşizanın həcmindən artıq deyilsə, o halda sığorta şirkəti avtomobil emalatxanasının xidmət haqqını ödəmir. Həmin xidmət haqqı  müştərinin yatırdığı depozit hesabına ödənilir. 
 
Niyə mühərrikinin həcmi böyük olan maşınlar?
 
"Rent a car”ları gəzərkən diqqətimizi çəkən məsələlərdən biri də əsasən mühərrikinin həcmi böyük olan maşınların icarəsinin təklif edilməsi oldu. Belə ki, Avropada "rent a car” şirkətlərinin verdiyi maşınların çoxu 0,8-1,2 motora malikdir. Bizdə isə kiçik ölçülü nəqliyyat vasitələrinin icarəsi bu bazarın cəmi 1 faizinə bərabərdir.

MilliYol.Az

Fotolar


Etiket:

Digər xəbərlər

Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
Ata-oğulun öldüyü hadisənin təfərrüatı

Ata-oğulun öldüyü hadisənin təfərrüatı

09.06.2026
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Əfqan Sadıqov həbs edildi

Əfqan Sadıqov həbs edildi

09.06.2026
Bu gün Həcc ziyarəti başa çatır

Bu gün Həcc ziyarəti başa çatır

09.06.2026
Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

Rəsmi Bakıdan Ukrayna və Yaxın Şərq münaqişələri ilə bağlı vətəndaşlara çağırış

09.06.2026
Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

Musa Nağıyevin milyonları hələ də İsveçrə bankındadır? - Qanunlar və acı həqiqət

07.06.2026
Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan Azərbaycan millisini təbrik etdi

05.06.2026
Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

Azərbaycanla gələcək saziş üzrə danışıqların Gəncədə yekunlaşması simvolikdir - Aİ səfiri

06.06.2026
Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır

10.05.2026
Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

Vilyam Hacıyevin lüks avtomobilləri satılır - Qiymətlər açıqlandı

23.05.2026
 Donald Tramp İlham Əliyevi təbrik etdi

Donald Tramp İlham Əliyevi təbrik etdi

26.05.2026
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az