Bu gün Bakıda İqtisadiyyat Nazirliyi və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) birgə təşkilatçılığı ilə “Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru" mövzusunda beynəlxalq investisiya konfransı keçirilir Ətraflı
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin ÜTT-nin tələblərinə uyğunlaşdırılması, ticarətdə texniki maneələrin aradan qaldırılması, yerli istehsalçıların xaricə ixrac potensialının artırılması məqsədilə "Texniki tənzimləmə haqqında" qanun layihəsi hazırlanıb Ətraflı
İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci il və sonrakı 3 il üzrə hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən gələn il ölkədə ÜDM-in real ifadədə artımı 1,5% olmaqla 69,4 mlrd. manat təşkil edəcək Ətraflı
Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 50 dollar ətrafında proqnozlaşdırılmasını nəzərə alaraq 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neft gəlirlərinin hesablanmasında neftin ixrac qiyməti 45 dollar səviyyəsində qəbul edilib Ətraflı
2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 8 mlrd. 793,4 mln. manat, büdcə xərcləri isə 6 mlrd. 911,7 mln. manat təşkil edib Ətraflı