Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfərə yola düşüb
Ətraflı
“Azərbaycanda 50-dən çox siyasi partiyanın mövcudluğuna baxmayaraq, mənim qənaətimcə, ölkənin siyasi həyatı iki qüvvədən ibarətdir: milli satqınlardan və milli vətənpərvərlərdən. Milli satqınlar müxalifətdə də var, hakimiyyətdə də; eynilə milli vətənpərvərlər də həm müxalifətdə var, həm də hakimiyyətdə… Hazırda biz müxalifətdəki milli satqınlarla hakimiyyətdəki satqınların xaricin diktəsiylə əlbir hərəkətini müşahidə edirik. Başlanan bu prosesin qarşısı ağılla alınmazsa, bu, ölkəni qana, qarşıdurmaya aparacaq. Açıq görünür ki, Azərbaycanı tədricən ikinci Suriyaya çevirmək prosesinə start verilib və ölkəni xaricdən idarə edilən xaosa sürükləyirlər” Ətraflı
“Ermənistan Azərbaycana qarşı işğal siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasəti yürüdülür. İşğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir. Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi mətbuata verdiyi açıqlamasında dolayısı ilə bunu etiraf edir, işğalçı dövlət kimi Ermənistanın daşıdığı beynəlxalq məsuliyyəti gizlətməyə çalışır” Ətraflı
“Öncə Azərbaycan xalqının Novruz Bayramını təbrik edirəm. İnşallah bu Novruz Azərbaycanın birliyinin, bütövlüyünün güclənməsinə, stabilliyinin davamına, işğal altında olan torpaqlarının da tez zamansa azad edilməsinə tez zamanda vəsilə olar” Ətraflı
Baxmayaraq ki, neçə illərdir Demokratiya və iqtisadi inkişaf naminə regional təşkilat olan GUAM-ın qaçılmaz iflası barədə fikirlər səslənir, bu struktur yaşamaqda davam edir və fəaliyyət göstərir. Düzdür, müəyyən dövrlərdə gözlənilən qədər fəallıq göstərmir, amma artıq on ildir ki, mövqeyini də əldən vermir Ətraflı
Azərbaycanda aprelin 11-ə təyin edilən prezident seçkilərində qeydə alınmış namizədlər ikinci ilkin maliyyə hesabatını sabahdan etibarən Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir Ətraflı
"Azərbaycan-Gürcüstan-İran-Türkiyə dördtərəfli əməkdaşlıq formatının yaradılmasının bir sıra səbəbləri var. Əsas səbəblərdən biri isə təhlükəsizlikdir"
Ətraflı
Bu gün Mərkəzi Seçki Komissiyasında aprelin 11-nə təyin edilmiş prezident seçkilərində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib Ətraflı