Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndələrinin şərhləri günbəgün daha da qeyri-peşəkar xarakter alır
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayanın Sərsəng su anbarı ilə bağlı fikirlərini Trend-ə şərh edərkən bildirib.
H.Hacıyev qeyd edib ki, xarici işlər nazirinin müavini Şavarş Köçəryana məxsus cəfəngiyyat bütün sahələrdə özünü göstərir: "Ermənistan XİN nümayəndələrinin şərhləri günbəgün daha da qeyri-peşəkar xarakter alaraq gülünc doğurur. Göründüyü kimi, onlar Ermənistanın işğala əsaslanan status-kvonu saxlamaq siyasətini müdafiə etmək üçün hər hansı ciddi və əsaslı dəlildən məhrumdurlar. Maraqlıdır, bu dar düşüncəli siyasətlə kimi aldatmaq istəyirlər? Çox güman ki, yalnız və yalnız Ermənistan xalqını".
MilliYol.Az
Digər xəbərlər
loading...