“Ölkə xaricdən idarə olunan xaosa sürüklənir” - Nemət Pənahlı

“Azərbaycanda 50-dən çox siyasi partiyanın mövcudluğuna baxmayaraq, mənim qənaətimcə, ölkənin siyasi həyatı iki qüvvədən ibarətdir: milli satqınlardan və milli vətənpərvərlərdən. Milli satqınlar müxalifətdə də var, hakimiyyətdə də; eynilə milli vətənpərvərlər də həm müxalifətdə var, həm də hakimiyyətdə… Hazırda biz müxalifətdəki milli satqınlarla hakimiyyətdəki satqınların xaricin diktəsiylə əlbir hərəkətini müşahidə edirik. Başlanan bu prosesin qarşısı ağılla alınmazsa, bu, ölkəni qana, qarşıdurmaya aparacaq. Açıq görünür ki, Azərbaycanı tədricən ikinci Suriyaya çevirmək prosesinə start verilib və ölkəni xaricdən idarə edilən xaosa sürükləyirlər”
Ətraflı

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN-nə cavab verdi

“Ermənistan Azərbaycana qarşı işğal siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasəti yürüdülür. İşğal olunmuş ərazilərimizdə və tarixi Azərbaycan torpaqları olan Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir. Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi mətbuata verdiyi açıqlamasında dolayısı ilə bunu etiraf edir, işğalçı dövlət kimi Ermənistanın daşıdığı beynəlxalq məsuliyyəti gizlətməyə çalışır”
Ətraflı

Azərbaycan GUAM-dan çıxmayacaq - Rəsmi

Baxmayaraq ki, neçə illərdir Demokratiya və iqtisadi inkişaf naminə regional təşkilat olan GUAM-ın qaçılmaz iflası barədə fikirlər səslənir, bu struktur yaşamaqda davam edir və fəaliyyət göstərir. Düzdür, müəyyən dövrlərdə gözlənilən qədər fəallıq göstərmir, amma artıq on ildir ki, mövqeyini də əldən vermir
Ətraflı