Əfqan Sadıqov həbs edildi

Leyla Əliyeva Münhen Təhlükəsizlik Konfransında - FOTO


Fevralın 17-də 53-cü Münhen Təhlükəsizlik Konfransının açılış sessiyası olub.

MilliYol.Az Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış sessiyasında aparılan müzakirələrin gedişini izləyib.

Münhen Təhlükəsizlik Konfransının sədri, səfir Volfqanq İşingerin təşəbbüsü ilə keçirilən tədbirdə təxminən 500-dən çox nümayəndə - dövlət və hökumət başçıları, tanınmış siyasətçilər, iş adamları və elm xadimləri beynəlxalq təhlükəsizliyi təhdid edən böhranlar, onların həlli yolları və gələcək çağırışlara dair müzakirələr aparıblar.

MilliYol.Az
Leyla Əliyeva Münhen Təhlükəsizlik Konfransında - FOTO - Milliyol.az