Əfqan Sadıqov həbs edildi

Lerikdə yol qəzası: 1 yaralı


Lerik rayonunda avtomobil dərəyə aşıb

Hadisə  ucqar dağ kəndi olan Kirəvud  ərazisində baş verib. 

Belə ki, həmin kəndin sakini, Pənah Abuzər oğlu Kərimov idarə etdiyi "Niva" markalı  avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək dərəyə aşıb. Yaralıya Lerik Rayon Təcili Tibbi Yardım Stansiyasının həkimləri ilkin tibbi yardım göstəriblər. Xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vəziyyəti ağır olan P.Kərimov Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report.az)
Lerikdə yol qəzası: 1 yaralı - Milliyol.az