Əfqan Sadıqov həbs edildi

Lerikdə qar uçqunu: Kəndlərlə əlaqə kəsildi


Cənub bölgəsinə güclü qar yağıb

Report-un verdiyi məlumata görə, Lerik rayonunun ucqar kəndlərində qarın qalınlığı 1,5 metrə çatıb. Rayon mərkəzini kəndlərlə birləşdirən, Bürsülüm ərazi vahidliyindən keçən yolda qar uçqunu baş verib. Bir neçə kəndin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib.

Rayonun Orand ərazisində qarın qalınlığı 1,5 metrdən çoxdur və yollar bağlanıb. Ötən gündən rayonun mərkəzində və bəzi kəndlərdə elektrik enerjisi fasilələrlə verilsə də, bəzi kəndlərdə işıq tamamilə sönüb. Elektrik naqilləri və dirəklər sıradan çıxıb.

Lənkəran şəhəri ərazisində qarın qalınlığı 15 santimetrə çatıb. Rayonun ucqar dağ kəndlərində isə qarın qalınlığı 1 metrdən çoxdur. Ucqar kəndlərlə əlaqə kəsilib və elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb. Ötən gecə yağan qar güclü küləklə müşahidə olunduğundan yollar buz bağlayıb və nəqliyyatın hərəkəti çətinləşib. Rayondakı texnikalar əsas yolların qardan və buz qatından təmizlənməsinə yönəldilib. Rayonun dağ kəndlərində yerləşən orta məktəblərdə davamiyyət minimuma enib.

MilliYol.Az
Lerikdə qar uçqunu: Kəndlərlə əlaqə kəsildi - Milliyol.az