Əfqan Sadıqov həbs edildi

Lerikdə meşə yanır


Lerikdə meşəlik ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a verilən məlumata görə, Lerik rayonunun Günəşli kəndi yaxınlığında meşəlik ərazidə (mürəkkəb relyefli yüksək dağ massivi) yanğın baş verib.

Yanğının söndürülməsi işlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Cənub Regional Mərkəzinin şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.
Lerikdə meşə yanır - Milliyol.az