Əfqan Sadıqov həbs edildi

Lənkəranda yük qatarında nasazlıq yaranıb, yol bağlanıb



Lənkəranda yük qatarının xarab olması yolun bağlanmasına səbəb olub

APA-nın cənub bürosunun məlumatına görə, rayonun Qumbaşı kəndində yük qatarı əyləc sistemində yaranan nasazlıq səbəbindən yolda qalıb. Bu da avtomobil yolunun bağlanmasına səbəb olub.

Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkətində gecikmələr baş verib.

Qatar təmir edildikdən sonra yolda hərəkət bərpa olunub.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Lənkəranda yük qatarında nasazlıq yaranıb, yol bağlanıb - Milliyol.az