Əfqan Sadıqov həbs edildi

Lənkəranda yol qəzası: 2 yaralı


Lənkəran rayonunun Liman şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb

APA-nın cənub bürosunun məlumatına görə, nəticədə biri yüngül olmaqla, iki nəfər xəsarət alıb. Onlar Lənkəran Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. 

Onlardan birinin vəziyyəti yüngül olduğundan evə buraxılıb. Şirinsu qəsəbə sakini, 1992-ci ilə təvəllüdlü Seymur Cavad oğlu Müslümzadənin müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. 
Lənkəranda yol qəzası: 2 yaralı - Milliyol.az