Lənkəranda avtomobil piyadanı vurub

Lənkəranda piyadanı avtomobil vurub

 APA-nın cənub bürosunun məlumatına görə, rayon ərazisində Kərgəlan kənd sakini, 10 CD 620 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı avtomobil 1971-ci il təvəllüdlü Zaur Zakir oğlu Əliyevi vuraraq ona xəsarət yetirib.

Xəsarət alan piyada sürücü tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.
Lənkəranda avtomobil piyadanı vurub - Milliyol.az