Əfqan Sadıqov həbs edildi

Lənkəranda 60 yaşlı qadın döyülüb


APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Kənarmeşə kəndində qeydə alınıb

Həmin kənd sakini, 1958-ci il təvəllüdlü Sünbülə Fərman qızı Hüseynova döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan S. Hüseynova təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, S. Hüseynova qızı tərəfİndən döyülüb. Faktla bağlı araşdırma aparılır.
Lənkəranda 60 yaşlı qadın döyülüb - Milliyol.az