Lavrov və Zərif Xəzər sammitini müzakirə ediblər


Rusiya və İran xarici işlər naziri Sergey Lavrov ilə Məhəmməd Cavad Zərif Sinqapurda görüş keçiriblər

“Report” TASS-a istinadən məlumat verir ki, görüş Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) xətti ilə keçirilən tədbirlər çərçivəsində baş tutub.

“İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı, Suriya problemi, beşinci Xəzər sammitin hazırlıqlar barədə fikir mübadiləsi davam etdirilib”, – Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Lavrov və Zərif Xəzər sammitini müzakirə ediblər - Milliyol.az