Əfqan Sadıqov həbs edildi

Laçında yaşlı qadın Prezidentdən nə xahiş etdi? (VİDEO)

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində sakinlərlə görüşüblər.
 
Görüş zamanı kənd sakini olan yaşlı qadın Prezidentdən xahiş edib.
 
Yaşlı qadın: Allah canınızı sağ eləsin. Sizdən bircə xahişim var. Mənim oğlum rəhmətə gedib, mənim olduğum otağı verirəm ölən oğlumun yoldaşına, təşkil edəsiniz.
 
Prezident İlham Əliyev: Mehriban xanım nə lazımdırsa, onu həll edər.
 
Qadın sakin: Oğlu rəhmətə gedib. İstəyir ki, onun oğlu, uşağı, ailəsi buna yaxın olsun.
 
Prezident İlham Əliyev: Gəlsinlər buraya?
 
Sakin: Hə, gəlsinlər buraya yaxın olsun.
 
Prezident İlham Əliyev: Gəlsinlər, əlbəttə.
 
Mehriban xanım Əliyeva: Onlar indi haradadırlar?
 
Sakin: Xırdalanda.
 
Prezident İlham Əliyev: Onlar, əlbəttə, gələcəklər. Yəni, bütün zabuxlular gələcək. Nənənin yaxın qohumları da gələcək yəqin ki, bir müddətdən sonra. Xahişi odur ki, onların da yeri ona yaxın olsun. Onu təşkil edərsiniz.
 
Rövşən Rzayev: Baş üstə.
 

Bu dövrdə xəbər yoxdur.

Laçında yaşlı qadın Prezidentdən nə xahiş etdi? (VİDEO) - Milliyol.az