Kürdə batan 11 yaşlı uşağın meyiti tapıldı


Kür çayının Şirvan şəhərinin Hacıqəhramanlı qəsəbəsindən keçən hissəsində aşkarlanan meyit dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

Meyitə ilkin baxış zamanı onun 06.06.2018-ci il tarixində həmin ərazidə batdığı ehtimal olunan 2007-ci il təvəllüdlü Zərbalıyev Davud Pirverdi oğluna aid olduğu müəyyən edilib. (xezerxeber.az)
Kürdə batan 11 yaşlı uşağın meyiti tapıldı - Milliyol.az