“Kürd şahinləri” Türkiyə əsgərlərinə qoşulacaq – Video


Afrində kürdlərdən ibarət “Kürd şahinləri” hərbi birləşməsi Türkiyə əsgərlərinə qoşulacaq

APA TV-nin məlumatına görə, birlik Azad Suriya Ordusuna (ASO) daxil “Həmzə briqadası” tərəfindən yaradılıb. Döyüşçülərin 400-ü kürd, 200-ü ərəbdir. Qruplaşmaya Türkiyə Xüsusi Təyinatlıları təlim keçib. Birlik “Zeytun budağı” hərəkatında PYD/YPG terror təşkilatlarına qarşı döyüşəcək.

“Kürd şahinləri”nin Afrin şəhərinin mühasirəsində və yaşayış yerlərində gedən döyüşlərdə iştirakı gözlənilir.

Birləşmənin rəhbəri Həsən Abdullah Kulli hərbçilər qarşısında çıxış edib: “Biz Aziz bölgəsinin kürdləriyik. Biz “Həmzə” briqadasının hərbçiləriyik. İnşallah Afrinə çatacağıq. Afrində xalqımızı PKK zülmündən xilas edəcəyik”.

MilliYol.Az
“Kürd şahinləri” Türkiyə əsgərlərinə qoşulacaq – Video - Milliyol.az