Əfqan Sadıqov həbs edildi

Küçədə arvadını öldürdü, özünü bıçaqladı - Bakıda DƏHŞƏTLİ QƏTL

Bakıda qətl törədilib.

MilliYol.Az xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1956-cı il təvəllüdü Ramiz Zöhrab oğlu İbrahimov yaşadığı binanın qarşısında arvadı, 1956-cı il təvəllüdlü Səmayə Süleyman qızı Camalovanı bıçaqlayaraq öldürüb. R. İbrahimov qətli törədəndən sonra intihar məqsədilə özünü bıçaqlayıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Qətlin motivi hələlik məlum deyil.

MilliYol.Az 

Bu dövrdə xəbər yoxdur.

Küçədə arvadını öldürdü, özünü bıçaqladı - Bakıda DƏHŞƏTLİ QƏTL - Milliyol.az