Əfqan Sadıqov həbs edildi

Kriptovalyutalar ucuzlaşır


Bu gün dünya kriptovalyuta bazarında ucuzlaşma qeydə alınıb


Bitkoinin qiyməti 8 min dollardan bir qədər aşağı düşüb.

Belə ki, "CoinMarketCap" portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,1% ucuzlaşaraq 7,997 min dollar təşkil edib.

Alternativ kriptovalyutalar da günə ucuzlaşma ilə başlayıb. Belə ki, "Ethereum" 0,77% və ya 506,2 dollaradək, "Ripple" 0,24% (0,66 dollara qədər), "Bitcoin Cash" isə 0,37% (758,41 dollaradək) ucuzlaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 325,62 milyard dollar təşkil edir. Bu göstəricinin 42%-ə yaxını bitkoinin payına düşür.(trend)

Bu dövrdə xəbər yoxdur.

Kriptovalyutalar ucuzlaşır - Milliyol.az