Əfqan Sadıqov həbs edildi

Kolleclərin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır


Bu gün tam (11 illik) orta və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı başa çatır

DİM-dən verilən məlumata görə, abituriyentlər saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər.
 
Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.
 
Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.
 
MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Kolleclərin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başa çatır - Milliyol.az