Əfqan Sadıqov həbs edildi

Kollec direktoru 2 ildə necə milyoner oldu? - Lənkəranda


Lənkəran sakinindən Lənkəran Dövlət Humanitar Kollecinin direktoruna qarşı korruspiya ittitamları

Kollecinin direktoru Ruslan Həmidov büdcə pullarını talamaqla yanaşı tələbələrdən müxiəlif yollarla pul toplamaqla iki il müddətində milyonerə çevrilib. 

Bunun isbatı üçün sadəcə onun son iki ildə tikdirdiyi mülklərə baxmaq yetərlidir.

Lənkəran sakini Nizami Məmmədov mətbuata sensasiya dolu məktub göndərib. Onun sözlərinə görə, Lənkəran Dövlət Humanitar Kollecində dövlət imtahanlarına hər tələbədən 500 manat alınıb: “Kollecinin direktoru Ruslan Həmidov tələbələri kəsrdə saxlayaraq yeni rüşvətalma mexanizmi ilə işləyir.

AzMedia.info-ya  daxil olan şikayət məktubunda göstərilir ki, Ülviyyə Rzayeva adlı xanım işçi tələbəlrdən pul yığır. Bildirir ki, bu göstərişi ona gizli şəkildə Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov verib. Qiyabi şöbənin müdiri Xuraman xanım isə son kurs tələbələrini kollecə çagıraraq onlara hədə-qorxu gəlib və dövlət imtahalarına 300 manat verməsələr kəsiləcəklərini bildirib.

Qeyd olunur ki, Xuraman Ələkbərova qiyabi şöbəsində, musiqi şöbəsində Fikrət Kərimov və müavin Aysel Mehdiyeva kəsr imtahanlarını 50 manata yazdırırlar. Lənkəran Dövlət Humanitar Kollecinin direktoru Ruslan Həmidov bu təhsil ocağını bazara, özü başda olmaqla bir qrup insanın biznes obyektinə çevrib.

Məktubda göstərilir kollecin büdcəsi təyinatı üzrə düzgün bölünmür. Bu yaxınlarda bir günə sildiyi 12.000 manat dəftərxanə ləvazimatından isə heç kim faydalanmayıb”.

Şikayət məktubunda qeyd olunub ki, direktor musiqi şöbəsinin müdiri Fikrət adlı şəxslə birləşərək guya şöbənin təmiri üçüun tələbələrdən 86.000 manat pul yığıb. Buna baxmayaraq şöbə təmir oluniayıb. Tələbələrdən təmir üçün pul yığmaqla bərabər direktor dövlətin təmir üçün ayırdığı pulu da mənimsəyib. Şöbəninin təmiri üçün ayrılan büdcə vəsaitini kollecə işə götürdüyü qohumu, meyxanaçı Natiq olaraq tanınan şəxsin adına açdığı MMC-yə köçürüb nəqdləşdirib və bütün vəsaiti mənimsəyib. Qeyd olunur ki, şöbənin təmiri üçün ayrılan 180 min manata dekorativ işlər görülüb. Və bu dekorastiv işlər Musiqi şöbəsinin dam örtüyünü və pəncərələrini dəyişdirməkdən ibarət olub. Bu işlər isə tələbələrdən toplanan 86.000 manatın cüzi hissəsi ilə həyata keçirilib. Büdcədən ayrılan vəsait isə direktor tərəfindən tamamilə mənimsənilib. 

Məktubda həmçinin bildirilir ki, psixoloqu Maya xanım və və tərbiyəvi-təşkilatçi Ülviyyə xanım direktor Ruslan Həmidovun tapşırığı ilə kollecdə icazə işlərinə baxırlar:

“Kollecin psixoloqu Maya və tərbiyəvi-təşkilatçi Ülviyyə Ruslan Həmidovun tapşırığı ilə kollecdə icazə işinə və diplom satmağa nəzarət edirlər. Tələbələrdən 1 gün dərs buraxmaq üçün 10 manat, 6 gün dərc buraxmaq üçün 40 manat, 15 gün dərc buraxmaq üçün 100 manat, 1 ay dərc buraxmaq üçün 200 manat alınır.  Bu qiymətləri kollecdə təhsil alan bütün tələbələr bilir və istədikləri vaxt müraciət edib “ödənişli icazə”lərini ala bilirlər. Aylarla dərsə gəlməyib Bakıda və Rusiyada yaşayanlar var ki, onlar aya 300 manat pul verirlər”.

Şikayət məktubunda o da qeyd olunur ki, kollecdə dərs bölgüləri də düzgün aparılmır. Onun sözlərinə görə, direktor Ruslan Həmidov kollecdə tam ştat vəzifədə işləməsinə rəğmən, həmçinin Lənkəran Dövlət Universitetində də müəllim kimi çalışır:

Məktubda o da qeyd olunuru ki, Ruslan Həmidov korrupsiya yolu ilə topladığı pullarla Həftoni qəsəbəsində işçisi Nadir Axundovla bir yerdə 3 hektar ərazidə özünə villa, şadlıq evi və istirahət pansionatı tikidirib. 2 ilə yaxındır direktor işəyən bir şəxsin tikinti işlərinə 700 min manat pul xərclədiyi deyilir. Maraqlıdır, Ruslan Həmidov bu pulları necə qazandığını Vergilər Nazirliyinə izah edə bilərmi? Bildirilir ki, tikinti işlərinə Nadir Axundov rəhbərlik edir. Lənkəranın mikrorayonlarında və mərkəzində, Sutamurovda evləri və marketləri olan kollec direktorunun bu qədər imkana sahib olmasının özü müəmmalıdır.

Qeyd edək ki, şikayətçi onu da qeyd edir ki, Ruslan Həmidov Vergilər Nazirliyinin Regional şöbəsinin işçisinə hər ay 300 manat verir. Hər halda Ruslan müəllimin bu pullparı hardan qazandığını əlaqədər dövlət qurumları, həmçinin Baş Prokurorluq yanında Korrupupsiyaya qarşı mübarizə idarəsi ondan soruşmalıdırlar.

Ruslan Həmidova aid olduğu bildirilən “Şəhər İnşaat” MMC şirkəti vasitəsi ilə kollec direktorunun Lənkəran Dövlət Universitetində həyata keçirilən korrupsiya faktlar ilə ikinci yazımızda tanış olacaqsınız. Bizi izləməkdə davam edin.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Kollec direktoru 2 ildə necə milyoner oldu? - Lənkəranda - Milliyol.az