Köçəryanın tərəfdarı olan teleşirkət rəhbərinə qarşı ittiham irəli sürüldü –Rüşvət

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın tərəfdarı olan H-2 teleşirkətinin rəhbəri Samvel Mayrapetyana rüşvət alma maddəsi ilə ittiham irəli sürülüb

MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə vəkil Karen Batikyan məlumat verib.

Onun sözlərinə görə, S.Mayrapetyan özünü təqsirli hesab etmir.

Oktyabrın 6-da saxlanılan S.Mayrapetyan barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri məsələsinə baxılır.

MilliYol.Az