Əfqan Sadıqov həbs edildi

Kim Çen In Roma Papasını ölkəsinə dəvət etdi

Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In Roma Papası Fransiski ölkəsinə səfərə dəvət edib

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, bu barədə Cənubi Koreyanın Prezident Ofisi məlumat yayıb. Bildirilir ki, gələn həftə Avropada səfərdə olacaq Cənubi Koreya prezidenti Mun Ce-in KXDR liderinin dəvətini Roma Papasına çatdıracaq.

Ekspertlər xatırladırlar ki, Şimali Koreyadakı katolik kilsəsi Vatikana tabe deyil. Şimali Koreyada 3 minədək katolik olduğu bildirilir. Lakin insan hüquqları üzrə beynəlxalq təşkilatlar bu rəqəmin bir neçə yüz olduğunu və Şimali Koreyada xristianların təqib və ölkədən qovulduğunu bildirirlər. 2014-cü ildə Seula səfəri zamanı Roma Papası Fransisk buradakı çıxışına Şimali Koreyanın katolik kilsə rəhbərliyini də dəvət etmişdi. Lakin Şimali Koreya katolikləri bu dəvəti rədd etmişdilər.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Kim Çen In Roma Papasını ölkəsinə dəvət etdi - Milliyol.az