Əfqan Sadıqov həbs edildi

Kamil: “Nişanlısına sataşmışdılar, onları bıçaqladım”

ARB TV-nin “Öz evimizdir” proqramının ilk qonağı idmançı Kamil Zeynallı olub

O, verilişdə dostuna görə həbsə düşdüyünü qeyd edib:

“Dostuma görə başıma bir iş gəlmişdi. Universitetdə onun nişanlısına sataşmışdılar. Biz 2 nəfər, onlar isə çox idilər. Bir neçə nəfəri bıçaqla vurub tutulmuşdum.

Bunu qürurla danışmıram, peşmanam. Bir müddət Bayıl türməsində qaldım. Ora mənə məktəb oldu. Kimə görə tutulmuşdumsa mənə yardım etmədi. Oradan çıxandan sonra Allah mənə qapıları açdı”. (qafqazinfo.az)

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Kamil: “Nişanlısına sataşmışdılar, onları bıçaqladım” - Milliyol.az