Əfqan Sadıqov həbs edildi

Kabildə atışma: NATO hərbçisi öldü

Hücum edən şəxs dərhal Əfqanıstan ordusunun hərbçiləri tərəfindən məhv edilib

Əfqanıstanın paytaxtı Kabil şəhərində yaraqlının hücumu nəticəsində bir NATO hərbçisi ölüb, biri isə yaralanıb.

Bu barədə NATO-nun "Qətiyyətli dəstək" missiyasının Mətbuat xidmətinin bəyanatında deyilir.

Məlumata görə, hücum edən şəxs dərhal Əfqanıstan ordusunun hərbçiləri tərəfindən məhv edilib.

Hazırda yaralı hərbçiyə tibbi yardım göstərilir, onun vəziyyəti sabitdir. Polis hadisəni araşdırır.

 MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

Kabildə atışma: NATO hərbçisi öldü - Milliyol.az