Əfqan Sadıqov həbs edildi

İsrail HƏMAS-ın ələ keçirdiyi ərazilərdə nəzarəti bərpa etdi, Qəzza terrorçulardan təmizlənir

İsrail ordusu HƏMAS-ın ələ keçirdiyi bütün ərazilərdə nəzarəti bərpa edib.

MilliYol.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi, kontr-admiral Daniel Həcəri məlumat verib.

Onun sözlərinə görə, hazırda həmin ərazilərin heç birində hərbi əməliyyatlar aparılmır.

İsrailin Müdafiə Ordusunun mətbuat xidmətindən bildirilib ki, “Sanxanim” 35-ci hava-desant briqadası Qəzza zolağı ilə sərhəd yaxınlığında yerləşən yaşayış bölgələrini, o cümlədən Sderot şəhərini terrorçulardan təmizləyir.

Bildirilib ki, əməliyyatda briqada komandiri polkovnik Ami Biton, onun müavini polkovnik-leytenant Qidi Eliast və 890-cı “Efe” paraşüt-desant taborunun komandiri polkovnik-leytenant Dor Menşaiuf da birbaşa iştirak edir.

Məlumata görə, sərhədyanı ərazilərin terrorçulardan azad edilməsinə ehtiyatda olan 98-ci “A-Eş” hava-desant diviziyasının döyüşçüləri də cəlb olunub.

 

Bu dövrdə xəbər yoxdur.

İsrail HƏMAS-ın ələ keçirdiyi ərazilərdə nəzarəti bərpa etdi, Qəzza terrorçulardan təmizlənir - Milliyol.az