Əfqan Sadıqov həbs edildi

İsmayıllıda turist avtobusu qəzaya düşdü: ölənlər və yaralalanlar var

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

MilliYol.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan "Mercedes-Benz” markalı sərnişin mikroavtobusu "VAZ 2106” markalı minik avtomobili ilə toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bu dövrdə xəbər yoxdur.

İsmayıllıda turist avtobusu qəzaya düşdü: ölənlər və yaralalanlar var - Milliyol.az