Əfqan Sadıqov həbs edildi

İsmayıllı-Qəbələ yolunda baş verən yol qəzasında 4 nəfər ağır xəsarət alıb



İsmayıllı rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 60-cı kilometrliyində, İsmayıllının Topçu kəndi ərazisində qeydə alınıb. “Volvo” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində Şəki sakinləri-2008-ci il təvəllüdlü Ramazanlı Ülvi Anar oğlu, 1980-ci il təvəllüdlü Ramazanova Aynur Bəybala qızı, 2010-cu il təvəllüdlü İmamzadə Altun Şahin oğlu, Bakı sakini, 1984-cü il təvəllüdlü Ələkbərova Məhsəti Əbdül qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
 
Onlar təcili yardım avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.