İŞİD Peterburqdakı partlayışı öz üzərinə götürdü


İŞİD terror qruplaşması Sankt-Peterburqda törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb

Oxu.Az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Məlumata əsasən, terrorçuların yaydığı açıqlamada heç bir dəlil-sübut gətirilmir.

Dekabrın 27-də Sankt-Peterburqda mağazada partlayış baş verib. Hadisə nəticəsində 13 nəfər yaralanıb. Partlayışın gücü 200 qram trotil ekvivalentində qiymətləndirilib.

Ötən gün Rusiya prezidenti Vladimir Putin partlayışı terror aktı adlandırıb.
İŞİD Peterburqdakı partlayışı öz üzərinə götürdü - Milliyol.az