Əfqan Sadıqov həbs edildi

İŞİD-ə üzv olan azərbaycanlıların yeni siyahısı tapıldı

Türkiyənin Mersin şəhərində Milli İstihbarat Təşkilatı və polisin birlikdə həyata keçirdiyi əməliyyat zamanı Suriya vətəndaşı olan terrorçu yaxalanıb.

MilliYol.Az modern.az-a istinadən xəbər verir ki, onun evində aparılan araşdırmalar zamanı ələ keçirilən bilgisayarın yaddaşına baxış keçirilib.

Bu zaman ölkələr üzrə ayrı-ayrı qovluqlara yığılmış siyahılar aşkarlanıb. Məlumata görə, bu siyahılar İŞİD terror təşkilatına üzv olanlara aiddir. Siyahılarda 81 ölkədən 3 min 846 nəfərin İŞİD-ə qoşulduğu qeyd olunub.

Bu siyahıya görə, təşkilata ən çox üzv olan şəxslər aşağıdakı ölkələrin vətəndaşılarıdır:

- 700 nəfər Səudiyyə Ərəbistanı
- 650 nəfər Tunis
- 400 nəfər Mərakeş
- 300 nəfər Almaniya və İspaniya.

Rusiya, ABŞ, Azərbaycan və Finlandiyadan da terror təşkilatına üzv olanların siyahısı tapılıb. Hazırda o siyahılar araşdırılır.

Bu dövrdə xəbər yoxdur.

İŞİD-ə üzv olan azərbaycanlıların yeni siyahısı tapıldı - Milliyol.az