Əfqan Sadıqov həbs edildi

“İŞİD-dən xilas edilən uşaqların Azərbaycana gətirilməsi üçün işlər aparılır“


Bağdadda sığınacağa yerləşdirilmiş azərbaycanlı uşaqların Azərbaycana gətirilməsi istiqamətində iş aparılır

Bunu APA-ya açıqlamasında Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib.
 
R.Qafarov bildirib ki, məsələ ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri ilə görüş keçirilib: “Uşaqların Azərbaycana qaytarılması üçün işləri davam etdiririk. Bəzi çətinliklərimiz var. İşlər yekunlaşdıqda, ictimaiyyətə məlumat veriləcək”.
 
Qeyd edək ki, sığınacağa gətirilən iki yaşlı Xədicə və 3 yaşlı Abdullanın valideynləri onları “İŞİD”in nəzarətində olan ərazilərə aparıblar. Valideynlərin öldüyü deyilir. 
 
MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“İŞİD-dən xilas edilən uşaqların Azərbaycana gətirilməsi üçün işlər aparılır“ - Milliyol.az