Əfqan Sadıqov həbs edildi

İşğal olunmuş Zəngilandan yeni görüntülər yayıldı – Video


Erməni terrorçuları tərəfindən işğal olunan torpaqlarımızdan yeni görüntülər yayılıb

Minval.info xəbər verir ki, görüntülər rusiya vətandaşı tərəfindən çəkilib.

Videoda 29 oktyabr 1993-cü ildən bəri üzünə həsrət qaldığımız Zəngilan rayonu əks olunub. Görüntülərdə həmçinin rayonun dağıdılmış əraziləri yer alıb.

Zəngilanın şəhər tipli qəsəbəsi Mincivan və burada yerləşən məktəb lentə alınıb.

Rayon 1930-cu ildə yaradılıb, ərazisi 707 kvadrat kilometrdir və şimaldan Qubadlı, Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən isə Ermənistan ilə həmsərhəddir. Zəngilanın işğala qədər əhalisi 35 min nəfərə yaxın olub.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

İşğal olunmuş Zəngilandan yeni görüntülər yayıldı – Video - Milliyol.az